Mitinq haqqında
Bu gün gənclərin mitinqi normal keçdi. Maraqlı plakatlar var idi və bir o qədər də maraqsız şüarlar.
“Rüşvətsiz Təhsil”, “Siyasi Məhbuslara azadlıq” kimi konkret şüarlar səslənsə də, “Qarabağ!” “Azadlıq!” kimi mənasız şüarları da eşitdik.
Mitinq aparıcıları sanki toy tamadasını xatırladırdılar. Filankəsə eşq olsun, bəhmənkəsə halal olsun, Azad Gənclik Təşkilatı xələt versin, N!DA pul salsın və s.
Jamal Alinin ətrafında baş verənlərə gəldikdə isə…
Əgər mitinq təşkilatçıları və iştirakçıları söyüş eşitmək istəmirdilərsə, onda muğam konserti keçirəydilər. Dəvət eliyəydilər Canəli Əkbərovu, İlqar Məmmədovu da qoyardılar onun kamança çalanı , məsələ bununla da həll olunardı.
Mitinqdən Mustafa Hacibəylinin bir videosu gözümə dəydi. Bəy dirəşmişdi ki mən konsertə gəlməmişəm, siyasi mitinqə gəlmişəm. Ona deyən tapılmadı ki, a bəy siyasi mitinq obiri otaqdadi ey…..
Nəisə fürsətdən istifadə edib Rəşadət Axundova salam göndərirəm.
17 Mart #2

Yuxarıda gördüyünüz düzən ən çox Azərbaycanda tətbiq edilir və ən altda qalanlar da, sizlərsiniz – sadə vətəndaşlar. Bu düzəni dağıtmaq üçün17 mart, saat 15.00-da, 20-ci sahədəki sürücülük məktəbində Gənclərin icazəli mitinqinə qoşul!
Memories, memories…

Ulubatlı Souness - 1996-ci il 24 aprel tarixində Türkiyə kuboku finalında Şükrü Saracoğlu stadionunun düz ortasına Galatasaray bayrağını sancan adam.
Fenerbahce Türkiyə Kubokunu sonuncu dəfə miladdan əvvəl gördüyünə görə, yəqin təxmin edirsiniz ki, oyunu Galatasaray qazanmışdı.
March 17

Banksy.
Image-F12

Hamid Herischi Conspiracy
Azerbaijani Journalist Defiant In Face Of Blackmail Bid

Dare if you can

HTML5 is cool

Qısaca deyim ki, HTML5 HTML dilinin son versiyasıdır. Hələki tam olaraq Chrome və Safari, qismən də Mozilla və Opera browserlərini dəstəkləyir.
Məmmədbağır Bağırzadə – Qubalı qız
Rəhmətliyin bığı xoşuma gəlməsə də, musiqi əladı. Bu arada bu bığ formasına el arasında “dodağına gülüş qonub” deyirlər.
