Archive for Aprel, 2009
Neft Akademiyasına hücum(Yenilənib)
Bu gün səhər saatlarında Azərbaycan Neft Akademiyasına silahlı basqın olub. 1 nəfər silahlı şəxs Akademiyanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qədər gördüyü hər kəsə atəş açıb. Hadisə nəticəsində 16 nəfərin öldüyü 13 nəfərin yaralandığı bildirilir. Bəzi mənbələrə görə ölü sayının 22 nəfərə çatması ehtimalı var. Hadisəni törədən şəxs hadisə yerində intihar edib. Hadisə yerində olan bir [...]
Yaşasın öpüşən gənclik!
Sizə Dalğaçıların Şəhidlər Xiyabanında heç nədən həbs olmaqları ilə bağlı məlumat vermişdim. Doğurdan da, hər kəs onda çaşqınlıq içindəydi. Polis bizdən qətnamə, bəyannamə, plakat və s bu kimi şeylər istəyirdi. Çox təəssüf ki, biz bu dəfə onlara kömək edə bilmədik! (Qeyd edim ki, 9-cu bölmənin polis işçiləri hər gün bölmədə aksiya keçirdillər. Bölmə rəisi Həsən [...]
Eifel Qülləsi Bakıda
Böyütmək üçün üstünə basın. Şərh yazmağı unutmayın!
Eyni ssenari
Bu gün Dalğaçılarla bir yerdə “Nəbatat” (Botanika) bağına gedirdik. Əvvəlcədən qərara alınmışdı ki, hamılıqla Şəhidlər Xiyabanının qarşısında görüşəcik və 28 Aprel Azərbaycanın Sovet işğalı münasibətilə xiyabanı ziyarət edəcəyik və oradan da “Nəbatat” bağına gedəcəyik. Amma həmişəki kimi çevik və qüdrətli Azərbaycan polisi bizim planlarımızı pozdu. Sən demə artıq Dalğaçılara Şəhidlər Xiyabanını ziyarət etmək də qadağandı. [...]
Donuz Qripi haqqında
Dünyanı dəhşətə gətirən yeni xəstəlik yayılıb. Bu, 5-6 il əvvəl camaatı sarsıdan SARS, 2-3 il öncə bəşər əhlini qorxudan quş qripi deyil. Yeni xəstəliyin adı donuz qripi, törədicisi H1N1 virusudur. “Azadlıq” radiosu xəstəliklə bağlı maarifləndirici, bilgi verici mateial hazırlayıb. «Donuz qripi» nədir? «Donuz qripi» donuzlarda müşahidə olunan nəfəs yolu infeksiyasıdır ki, onu da doğuran qrip [...]
«Türk məscidi»ni kim və niyə bağladı?
Rəsmi qurumlar məsələ ilə bağlı hər hansı şərh vermək istəmirlər Təmir adı ilə qapadılan Şəhidlər Camesinin muzeyə çevriləcəyi söylənilir Şəhidlər Xiyabanında yerləşən və «Türk məscidi» kimi tanınan ibadət ocağı srağagün günorta namazından sonra (saat 14:00) bağlanıb. Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə müşaviri Muzəffər Şahin ANS PRESS-ə bildirib ki, məscidin bağlanmasının səbəbi burada aparılan təmir [...]
AZƏRBAYCAN SSR-nin himni
Bu gün internetdə eşələnəndə, maraqlı bir zada rast gəldim. Azərbaycan SSR-nin himninə. Çox maraqlı sözləri var. Bir iki sözü dəyişdirsəniz, indiki himnimizin yerinə soxuşdura bilərsiniz. Himndəki, partiya, Lenin, bir də qardaş rus xalqı tandemi isə çox maraqlıdır. Bundan sonra himnin mp3 versiyasını da axtarıb tapdım. Sizlərlə bölüşmək istədim. Buyurun sözləri və mp3-ü:
Dissident ruhlu Müəllim
“ALMA” Qəzetinin ötən sayında maraqlı bir yazı ilə rastlaşdım. Yazı 1960-cı illərdə dissident ruhlu bir müəllimin öz həmkarına yazdığı məktublardandı. Məktublar o dövr üçün çox cəsarətli yazılıb. Məktublarda Azərbaycanın müstəqilliyindən, milli sosializmdən və digər ünsürlərdən bəhs olunur. Məktublar 1960-cı illərdə yazılsa da, çox təəssüfki onları yalnız indi əldə edə bilmişik. “ALMA”nın ötən sayını oxumuyanlar üçün, [...]
İmza toplayırıq
Hörmətli oxucular, biz artıq imzatoplama kampaniyasına start veririk. Bu işdə bizə sizin imzalarınız lazım olacaq. Bu kampaniyaya qoşulmaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlasın: 050 526-13-13 – Rövşən Nəcəfov 055 708-40-48 – Elşən Poladlı Unutmayın ki sizin imzanız bizim üçün çox vacibdir. İmza atmaq üçün sizə şəxsiyyət vəsiqənizin kodu, adınız ,atanızın adı və soyadınız lazım olacaq. [...]
Obama "soyqırım"ı ermənicə dedi
Barak Obama 1915-ci il hadisələri iə bağlı çıxışında birbaşa “genosid” sözünü işlətmədi. “94 il əvvəl, 20 –ci əsrin ən böyük dəhşətlərindən biri başladı. Hər il biz son günlərini yaşayan Osmanlı imperiyasında milyonyarım erməninin kütləvi şəkildə öldürülməsini sükutla qeyd edirik. “Meds Yeqhem” bizim yaddaşımızda yaşamalıdır. Necə ki, erməni xalqının ürəyində yaşayır” – deyə çıxışına başlayan Barak [...]

