Archive for İyul, 2009
AZTelekom Önər Blog-a ban qoyub?
Bu gün gecə 00.00-dan sonra Aztelekom internet provayderinin istifadəçiləri Önər Bloga daxil olarkən maraqlı mənzərənin şahidi olurlar. Məhz bu provayderdən istifadə edənlər sayta daxil olanda, saytda ən yeni yox, 1 ay bundan əvvəlki materiallarla görsənir. Mən də, həmçinin bu provayderdən istifadə edirdim. Lakin bir neçə saat öz blogumun admin səhifəsinə daxil ola bilmədim. Xoşbəxtlikdən köməyimə [...]
Cem Özdəmir gənclərin həbsi barədə bəyanat yayıb
Azərbaycanda gənc bloggerlərin həbsi barədə Almaniya Yaşıllar Partiyasının sədri Cem Özdəmir bəyanat yayıb. Bəyanatda deyilir: Qafqaz yenə alov içindədir. İyulun 8-də Azərbaycan vətəndaş cəmiyyətinin iki qabaqcıl nümayəndələri yalandan quraşdırılmış səbəblərə görə həbs edilmişdir. Hər iki gənc vətəndaş hüquqları fəalı, illərlə alman siyasi fondları ilə birgə əməkdaşlıqdadırlar. Onlar dünyagörüşlü, patriot və liberaldırlar.
Emin Milli kimdir
Emin Milli informasiya blokadasını yaracağını, Azərbaycanda dəyişiklik ideyalarını yayacağını 2008-ci ilin noyabrında elan edir – Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumunun (FASE) London toplantısında. LONDONDA «DƏYİŞİKLİK MANİFESTİ…» Emin Milli 2006-cı ildə FASE-ni yaradanlardan biri olub. İki il sonra London Forumunda Milli deyirdi:
Anar Məmmədlinin avtomobilinə hücum olub
Dünən (14 iyul, 2009) saat 22.30 radələrində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin avtomobilinə hücum olub. Anar Məmmədliyə məxsus Opel Astra markalı avtomobilin şüşələri qırılıb. Həmçinin avtomobilin içindən Anar Məmmədlinin noutbuku da oğurlanıb. Hadisə ilə bağlı yaxınlıqdakı polis bölməsinə müraciət edilib. Qeyd edək ki, Anar Məmmədli Emin Milli və Adnan Hacızadənin hüquqlarının [...]
Emin Millinin Twitter Profili
Twitter çox maraqlı şeydir. Həm də çox əlverişlidir. Mobil telefonun varsa, müvafiq nömrəyə sms göndərməklə məlumatları yaya bilərsən. Məsələn mən Adnanla Eminin məhkəməsində sms yazıb Twitter statusumu yeniləyirdim. Və bununla da Twitterdə məni izləyənlərə məlumatları ötürmüş olurdum. Bu gün yenə Twitterdə eşələnəndə maraqlı bir şeylə rastlaşdım. Emin Millinin Twitter profilindəki son statusu:
Polisin axtardığı gənclər: «Biz gizlənməmişik»
Gənclər hərəkatı fəalları Emin Millinin və Adnan Hacızadənin həbsiylə bağlı Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin iyulun 11-də yaydığı birgə məlumatda deyilir ki, xuliqanlıq etmiş bu iki gənclə birlikdə olan 4 nəfər polis gələnə qədər hadisə yerindən qaçıblar. Məlumatda bildirilir ki, «Pərviz, Ülvi, Nurəddin və Bəhram adlı şəxslərin müəyyən olunması üçün tədbirlər [...]
Mətbuat konfransı RATİ-də olacaq
Yəqin xəbəriniz var ki, DİN Eminlə, Adnanın döyülməsi zamanı onların yanında olan digər 5 nəfəri axtarışa vermişdi. Bunlar Ülvi, Bəhram, Orxan, Pərviz və Nürəddin adlı şəxslər idi. Bu gün saat 16.00-da Media Mərkəzində, həmən bu 5 nəfərin iştirakı ilə mətbuat konfransı keçiriləcəkdi. Lakin bu dəqiqələrdə aldığım xəbərə görə Media Mərkəzi mətbuat konfransına icazə vermədi.
Yeni hərəkat yarandı
Hərəkat “Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı” adlanır. 11 iyul saat 12:00-da gənclərin toplantısı keçirilib. Toplantıda müstəqil gənclər təşkilatlarının nümayəndələri, eləcə də ictimai aktiv fəaliyyəti ilə tanınan gənclər iştirak ediblər. Əsas müzakirə mövzusu 10 iyunda məhkəmə qərara ilə həbs olunan Emin Abdullayev (Milli) və Adnan Hacizadənin hüquqlarının müdafiəsini təşkil etmək olub.
Həbsxanada doğum günü
Bu gün Adnan Hacızadənin ad günüdür. O öz 26-cı yaşını həbsxanada qarşılayır. O mənə görə, sənə görə, bizə görə həbs olunub. Onun həbsi siyasi sifarişdir. Hər kəs onun azadlığa çıxması uğrunda mübarizəyə qoşulmalıdır. Hər kəz özündə bu məsuliyyəti hiss etməlidir. Artıq susmaq olmaz. Artıq qatar gedib. Çox təəssüf ki, biz yenə də birləşmək üçün Adnan [...]
Rəşadət Axundov – Azadlıq verilmir, alınır
Emin Milliyə və Adnan Hacızadəyə azadlıq! “AN” şəbəkəsinin yaradıcılarından olan Emin Milli və OL! Azərbaycan Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Adnan Hacızadəni həbs etdilər. Əvvəlcə Lebanese pubında idmançılar vasitəsilə onlara hücum təşkil etdirdilər, daha sonra polisə döyüldüyü üçün şikayət edən gəncləri şərləyib həbs etdilər. Rəzil, şərəfsiz bir plan və 2 aylıq həbs qəti imkan tədbiri [...]

