Archive for Dekabr, 2009

Yol əhvalatı

Bismillahi-r-rəhmanir-rəhim…Tək olan Allahın və yer üzündəki səlahiyyətli səfirlərinin adı ilə başlamaq istəyirəm söhbətimizə. Sizə bir əhvalat danışmaq istəyirəm. Deməli adını çəkmək istəmədiyim bir Qafqaz xalqının qədimdən belə bir adəti varmış. Gəlin toy gecəsi qız çıxmırdısa, bəyin ailəsi gəlinin başını qırxıb atasının evinə göndərərmiş. Atası da ya qızı öldürərmiş, yada şələküləsin götürüb həmin kənddən köçərmiş. Bunu [...]

Featured Articles

Matəm sevgisi barədə

Bizə deyirlər ki “bitki həyatı” yaşayın. Doğulun, məktəbə gedin, universitetə qəbul olun, oğlanlar əsgər, qızlar ərə getsin, sonra uşaq doğun, böyüdün, oxudun, pensiyaya çıxın, axırda da ölün. Eynən bitki həyatıdı. Bitki də böyüyür, budaq atır, balaca budaq özündən böyük olan budaqa yol verir və beləliklə şad xürrəm yaşayırlar. Əslində bu ölkədə çox adam elə bitki [...]

Featured Articles

Freedom "Хаус"

Deyir oğru elə qışqırdı ki, doğru bilmədi neyləsin. Elə bu yaxınlarda da belə bir şey oldu. Bütün dünya ictimaiyyəti Azərbaycan tərəfinin həyasızlığından şok içindədir. Bu şok nədən ibarətdir onu da deyim. Freedom House təşkilatı “Azadlıq 2009″ xətirəsini elan edib. Xəritədə Azərbaycan azad olmayan, Ermənistan isə qismən azad ölkələr arasındadır. Bizim hörmətli millət vəkilləri, uzaqgörən diplomatlarımız [...]

Featured Articles

Şərhsiz: Vermədim!

Şərh vermək və ad qoymaq sizlikdir. bobiler.org

Pblog

Satılmışlar ölkəsi

Sovet Hökuməti dağılandan sonra hamı elə fikirləşirdi ki hər şey yaxşı olacaq. Kapitalizm gələcək, pulumuz çox olacaq, satıb-alacağıq, varlanacağıq. Bir sözlə elə bilirdilər ki, kef olacaq. Təbii ki, Estoniya, Litva, Latviya kimi normal insanların yaşadığı ölkələr özlərinə bir sektor tapıb inkişaf elədilər. Azərbaycanda isə hər şey tərsinə oldu. Kapitalizm Azərbaycana gələn kimi, satılası nə var [...]

Featured Articles

Bloggerlərin Apellyasiya məhkəməsi dekabrın 22-də olacaq

Apellyasiya Məhkəməsində bloggerlər Adnan Hacızadə və Emin Millinin apellyasiya şikayətinə dekabrın 22-də hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq. Bu barədə Turan agentliyinə Adnan Hacızadənin vəkili İsaxan Aşurov bildirib. “Şikayətə obyektiv baxılacağına ümid edirik”, deyə vəkil bildirib. Emin Milli və Adnan Hacızadə iyulun 8-də Lebaneese kafesindəki davadan sonra həbs olunublar. Bloggerlərə 2 nəfər tərəfindən hücum olunduqdan [...]

Uncategorized

Gənclik = Dostluq

06.12.2008. tarixində polis tərəfindən qətlə yetirilmiş 16 yaşlı Aleksis Qriqoropulosun xatırəsinə. “İnsanın ən yaxın rəfiqəsi, anası və bacısıdır”. Bunu bu gün universitet müəllimi öz tələbələrinə məsləhət verərkən dedi. Çox acınacaqlı haldır. Öz avtoritetindən istifadə edib tələbələrə bu cür motonon fikir söyləyən müəllim və müəllimin avtoritetine inanan və bu cür pessimist fikirləri göydə həzm edən gənc [...]

Featured Articles

Elə-belə yazı…

Ben bir ceviz ağacıyım Gülhanenin parkında, Ne sen bunun farkındasın, ne de polis farkında… Zamanla hər şeyin düzələcəyi fikrindəyəm. Düzəlməsə də, özümün güc tapıb düzəldə biləcəyi qənaətindəyəm. Ceyhun Osmanlı Qaynar.Info`nun sorğusunda ilin gənci seçildi. “Mübarizə bu gün də var, yarın da,/Mən də onun ən ön sıralarında” reallığı artıq bitmək üzrədi. Mübarizəylə məzələnirik. Ucuz prezervativ kimi [...]

Featured Articles

Mən hakimiyyətdə olsaydım…

Necə olur axı, bütün dünya İlham Əliyevə onun sərt xarici siyasətinə, daxildə apardığı reformalara alqış deyir, amma biz daxildə belə şeyləri yazırıq? Mən bununla heç vaxt razılaşa bilmərəm. Başqa məsələ isə həbs cəzasıdır. Məsələn, mən diffamasiya haqqında qanunun qəbul olunmasına tərəfdarıyam. Mən istəməzdim ki, hətta belə sözlərə görə kimsə həbs olunsun. Qoy cərimə olunsun. Qəzet [...]

Featured Articles