Siyasət
Müxalifətə dair
Azərbaycan elə ölkələrdəndir ki, burada müxalifət partiyalarının bir biri ilə rəqabət aparması partiya funksionerlərindən başqa heç kimi maraqlandırmır. Evində qaz, işıq problemi olan adamın fikirləşdiyi ancaq bu problemin həll olunması ola bilər. Daha onu müxalifətdə İsa Qəmbərin və ya Əli Kərimlinin daha yaxşı olub olmaması maraqlandırmır. Vacib bir şeyi də nəzərinizə çatdırım ki, Azərbaycanda bu [...]
İsa Qəmbər: Araz Önərin suallarına cavab
Bir neçə gün öncə, hörmətli İsa bəyə öz bloqumda məni maraqlandıran sualları ünvanlamışdım. Bu gün İsa bəy suallarım(ız)a cavab verdi. Maraqlıdırsa oxuyun.
Xülyalarla keçən zaman
Bu gün müxalifət daxilində elə vur çatlasın gedir ki, İlham Əliyev yaddan çıxıb. Sanki artıq Əliyev rejimi devrilib və növbədənkənar parlament seçkiləri keçiləsidi. Heç kim bir-birini ittiham etməkdən çəkinmir. Muxalifət birləşməlidi deyəndə biz bunu nəzərdə tuturduq. Real muxalifət quvvələri olan AXCP və Musavat birləşsin və bir mövqedən çıxış etsin. Daha heç kim bir-birini ittiham etməsin.
Realist ol, mümkünsüzü arzula!
Hörmətli tamaşaçılar, uzun müddət ayrılıqdan sonra sizinlə qovuşmağıma çox şadam. Yazmağı biraz dayandırsam da özümdə bəzi şeyləri demək məcburiyyəti hiss edirəm. Əvvəla onu deyim ki burda həyat çox pisdir. Maraqsız, məzmunsuz bir həyatımız var. Bir şeyi 2 gün dalbadal yaşaya bilmirik. Həyatımız stabil deyil. Bu gün mağazadan aldığımız bir şeyin qiyməti səhərisi gün qalxır. Maddi [...]
İranda səslər yenidən sayılacaq
Konstitusiyanı Qoruma Şurası səslərin yenidən sayılması barədə qərar qəbul edib. İranda keçirilmiş prezident seçkilərinin səsləri yenidən sayılacaq. Buna Konstitusiyanı Qoruma Şurası qərar verib. Şuranın qərarına görə, İran xalqının tələblərinə uyğun olaraq səslər yenidən sayılmalıdır. Qarşıdurmalarda 8 ölü İranda seçkidən sonrakı gərginlik davam edir. İran dövlət televiziyasının verdiyi xəbərədə, nümayişlərdə 8 nəfərin öldüyü bildirilir.
İnsan haqqları və Azərbaycan
Azərbaycanı BMT-nin İnsan Haqqları Şurasına seçmədilər! “Azərbaycanda insan haqlarının vəziyyəti ikrah hissi doğurur” QayNar: BMT-nin İnsan Haqqları Şurasına keçirilən seçkilər başa çatdı. Qaynar.info-nun beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Şuraya 18 üzv seçilib və onlar 20 iyun 2009-cu il tarixindən başlayaraq, 3 il fəaliyyət göstərəcəklər.
Bakıya gəlir Ərdoğan
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Bakıya rəsmi səfər edəcək. Xəbəri Türkiyə Baş Nazirliyinin Media Mərkəzi yayıb. Səfər boyunca Ərdoğanı Xarici işlər naziri Ahmet Davutoğlu, Dövlət naziri Zəfər Çağlayan, Rabitə naziri Binali Yıldırım, Enerji və Təbii qaynarlar naziri Taner Yıldız, Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay müşaiyyət edəcək.
Saakaşvili müxalifətlə görüşdü
Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin müxalifət liderləri ilə görüşüb. Görüş müxalifətin dili ilə desək nəticəsiz qalıb. Müxalifət nümayəndəsi Kaxi Şartava deyib ki, tərəflərin reallığı fərqli şəkildə qiymətləndirdiklərindən ortaq bir məxrəcə gəlmək çətin olub.
Obama "soyqırım"ı ermənicə dedi
Barak Obama 1915-ci il hadisələri iə bağlı çıxışında birbaşa “genosid” sözünü işlətmədi. “94 il əvvəl, 20 –ci əsrin ən böyük dəhşətlərindən biri başladı. Hər il biz son günlərini yaşayan Osmanlı imperiyasında milyonyarım erməninin kütləvi şəkildə öldürülməsini sükutla qeyd edirik. “Meds Yeqhem” bizim yaddaşımızda yaşamalıdır. Necə ki, erməni xalqının ürəyində yaşayır” – deyə çıxışına başlayan Barak [...]
Obama Əliyevlə 3 dəfə danışıb
“Azərbaycan hakimiyyətinin Türkiyə-Ermənistan danışıqlarının detallarından xəbərsiz olmasına dair məlumatlar düz deyil”. Obamaya yaxın olan amerikalı diplomatlardan biri “CNN Türk” televiziyasına belə deyib. “Mediaforum”un məlumatına görə, televiziyanın adını açıqlamadığı diplomat bildirib ki, ABŞ prezidenti Barak Obama Türkiyə-Ermənistan müzakirələri davam edərkən 3 dəfə Azərbaycan prezidenti İlham Əliyevlə danışıb: “Azərbaycan hər mərhələdə bu prosesin içindəydi. Prezidentin bir neçə [...]

