Yazılar
Müxalifətə dair
Azərbaycan elə ölkələrdəndir ki, burada müxalifət partiyalarının bir biri ilə rəqabət aparması partiya funksionerlərindən başqa heç kimi maraqlandırmır. Evində qaz, işıq problemi olan adamın fikirləşdiyi ancaq bu problemin həll olunması ola bilər. Daha onu müxalifətdə İsa Qəmbərin və ya Əli Kərimlinin daha yaxşı olub olmaması maraqlandırmır. Vacib bir şeyi də nəzərinizə çatdırım ki, Azərbaycanda bu [...]
Qəti sülh haqqında fikirlər
Marine Ejuryan http://blog.oneworld.am/2010/06/11/thoughts-on-the-ultimate-peace/#azerbaijani Məni indi tanıyan, lakin məni ilk tələbəlik illərimdə tanımayanlar, yəqin ki, eşitdiklərinizə çox təəccüblənəcəksiniz – dörd il əvvəl mən anım mərasimlərində anti-Türkiyə və anti-Azərbaycan şüarlarını səsləndirən Erməni gənclərinin arasında idim. Mən həmçinin o şəxsəm ki, universitetimizin qəzeti üçün “Azərbaycan, böyük yalan” başlığı altında məqalələr yazırdım.
Müsavat başqanı İsa Qəmbərə və AXCP sədri Əli Kərimliyə gənclərin müraciəti
Hörmətli İsa Qəmbər və Əli Kərimli, BİZ- Azərbaycanda demokratik, ədalətli və qanunun aliliyinin təmin olunduğu azad cəmiyyət arzusunda olan müstəqil gənclər olaraq son vaxtlar mətbuatda və virtual aləmdə ölkəmizin iki ən güclü və real müxalifət partiyaları olan, avtoritarizmə qarşı hər zaman ardıcıl və qətiyyətli mübarizəsi ilə tanınan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksionerləri və [...]
AXC haqda
Bu gün Respublika günüdür. Sizi bu münasibətlə təbrik edirəm. Nə də olsa Azərbaycan tarixinin və təqviminin ən ciddi bayramıdır. 1918-ci ildə, Şərqdə ilk demokratik hökümət modeli yaradılsa da, aşırı demokrasinin gətirdiyi hökümət bohranları respublikanın axırına çıxdı. Düşünürəm ki, o zaman Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan yoldaşlarımız Azərbaycan xalqının imkanlarını həddindən artıq yüksək qiymətləndirmişdi.
Bəlkə də qaytardılar
Azərbaycanda yaşam mübarizəsi davam etməkdədir. ANS tv hər səhər “Ermənilərin Azərbaycana təcavüzü davam edir”in yerinə bu cumləni işlətsə daha məqsədəuyğun olar. İnsanların bu ölkədə necə yaşadığı barədə əvvəlki yazılarımda yazmışam. Bunu məncə qəzet oxuyan hər kəs bilməlidir. İntihar səviyyəsi yüksələn xəttlə inkişaf edir. 10-15 yaşlı uşaqlar özlərini öldürürlər. Bu iqtidar əhalinin hər təbəqəsinə qarşı amansız [...]
30 Aprel qeydi
Bu gün (30 aprel) çox əla gün oldu. Hər cəhətdən. Biz bu gün istədiyimizdən artıqını etdik. Ancaq bizim məqsədimiz tamam fərqli idi. Sadəcə gül qoyub gedəcəkdik. Hakimiyyətin yenə yerinə işəməsi bütün planlarımızı pozdu. Amma yaxşı tərəfə. Biz bu gün bu rejimin əsl sifətini dünyaya göstərə bildik. O qəhbə, cındır, satılmış sifətləri…Özünüz şəkillərə və videolara baxın. [...]
Şizofreniya
Azərbaycanda kütləvi məlumatsızlıq var. Diqqət edin, savadsızlıq demirəm. O da var, ancaq o elə də kütləvi deyil. Mən məlumatsızlıq deyirəm. Bu çox pis şeydir. Savadsızlıqdan da pis. Bir adam savadsız, mütaliəsiz ola bilər. Bu qorxuludur. Lakin ən qorxulusu odur ki, bir adam ildə 100 kitab oxusun ancaq başına gətirilən oyunlardan, müsibətlərdən xəbəri olmasın. Azərbaycanda bu [...]
Realist ol, mümkünsüzü arzula!
Hörmətli tamaşaçılar, uzun müddət ayrılıqdan sonra sizinlə qovuşmağıma çox şadam. Yazmağı biraz dayandırsam da özümdə bəzi şeyləri demək məcburiyyəti hiss edirəm. Əvvəla onu deyim ki burda həyat çox pisdir. Maraqsız, məzmunsuz bir həyatımız var. Bir şeyi 2 gün dalbadal yaşaya bilmirik. Həyatımız stabil deyil. Bu gün mağazadan aldığımız bir şeyin qiyməti səhərisi gün qalxır. Maddi [...]
Danışın
Çoxdandır yazmırdım. Həvəs ölmüşdü. Bildiyiniz kimi, Doktor Ravik`lə birgə həftədə 1 dəfə “Xaşdan Sonra” verilişini aparırıq. Bu həm sadədir, həm daha mobil, həm də yorucu deyil. Dinləyicilər üçün də maraqlıdı. Hər verilişə orta hesabla 15-20 nəfər qulaq asır. Hər podkastı da orta hesabla 200 nəfər dinləyir. Bu bizim üçün çox yaxşıdır. İndi daha yazmırıq,artıq danışırıq. [...]
Biz nəyə hazırıq?
Əli Həsənovun fikrincə cəmiyyətimiz, xalqımız Diffamasiya haqqında qanunun qəbul edilməsinə hazır deyil. Ancaq Azərbaycan dövləti bu qanuna hazırdır. Adam bilavasitə dövlətlə xalqı qarşı-qarşıya qoyur. Deyir ki, biz dövlətik biz hər şeyə hazırıq, ancaq nə edək ki camaat “tupoy”du. Bir tərəfdən də başa düşür ki, əgər Diffamasiya haqqında qanunu qəbul eləsələr, hamı başlayacaq bunlara ağzına gələni deməyə. [...]

