Yeni Media
Bloglar barədə qısa
1 neçə cümlə Blogger və oxucu arasındakı münasibət ən qeyri-adi münasibətlərdəndir. Bu nə qəzetçilərin oxucularıyla, nə də televiziya işçilərinin tamaşaçılarıyla olan əlaqəsinə bənzəməz. Burada əlaqə daha fərdi və dinamikdir. Qəzetdə və televiziyada oxucular və ya tamaşaçılar diqtə edirsə, burada vəziyyət tamam başqadır. Çünki televiziya və qəzetin oxuculara xidmət etdiyi halında blog sırf yazara xidmət edir. [...]
Twitter nədir?
Twitter Nədir? Twitter sizə 140 simvol ilə bu an nə etdiyinizi yazmanıza imkan verir. Tamamilə ödənişsiz bir xidmətdir. Twitterdə dostlarınızla, ailənizlə, iş yoldaşlarınızda tez-tez sürətli bir şəkildə o an nə etdiyinizi paylaşa bilərsiniz. O cümlədən bütün yenilikləri öz elektron poçtunuza və yaxud mobil telefonunuza göndərir. Twitterdə öz səhifənizi öz zövqünüzə görə dizayn edə bilərsiniz.
WordPress Camp – WordCamp
WordCamp – Dünyadakı WordPress.com və WordPress.org istifadəçilərinin bir araya yığışdığı düşərgənin adıdır. WordPress şəbəkəyə buraxılandan bu tərəfə təxminən 150-dən artıq WordCamp keçirilmişdir. WordCamplar əsasən ABŞ-da və Avropanın müxtəlif ölkələrində keçirilir. İstifadəçilər burada əsasən bir-birlərini bloqları ilə tanış edir, müxtəlif ideyaları paylaşır. WordCamp təşkil etməyin üsulları:
Reklam və Blog
Blogdan pul qazanmaq asan iş deyil, amma qeyri-mümkün iş də deyil. Bunun iki yolu var. Birinci yolun adı offline-biznesdir. Qazancın bu yolu mənim blogum kimi, oxucuları az olan bloglar üçündür. Bu yol çox qazanc gətirmir. Çox nadir hallarda offline-bizneslə böyük qazanclar əldə edə bilərsiniz. Çox danışmayım, keçim işin təfərrüatına. Deməli, siz də mənim kimi Google [...]
İnternet ucuzlaşacaq
«Delta Telecom» şirkəti isə Wi-Max texnalogiyası əsasında Bakı və Abşeron ərzisində internetə giriş xidməti də təklif edəcək Belə ki, 1 sentyabr 2009-cu ildən etibarən Azərbaycanda internet qiymətlərində 3 dəfə enmə gözlənilir. Eyni zamanda , deyəsən, yavaş-yavaş Azərbaycanda Dial-up internet bağlantısına da son qoyulur!!! Bu haqda xeberler.az-a etibarlı mənbədən daxil olan məlumatda deyilir. Məlumata görə ilk [...]

